Oğurluqda şübhəli bilinən polisin qızı həbs olunub. Bu haqda bu gün, 24 noyabr tarixində Report məlumat yayıb.
F.Quliyeva 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Zərərçəkmişə 55.600 manat ödənilərək mülki iddiası qismən təmin olunub.
2018-ci ildə paytaxtın Nizami rayonunda təqsirkar, qonşusu M.Abbasovun evindən ümumilikdə 79.450 manatlıq oğurluq etmişdir.
Həbs olunan qadının atası, T.Qənbərov hüquq-mühafizə orqanlarında çalışıb.