Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Elbəy Qasımzadənin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Azərbaycan dövlət başçısının rəsmi saytında məlumat yayılıb.
Sərəncama əsasən, Qasımzadə Azərbaycan memarlıq sənətinin inkişafında uzun illər səmərəli fəaliyyətinə görə ikinci dərəcəli “Əmək” ordeni ilə təltif edilir.
Elbəy Qasımzadə 1948-ci il dekabrın 26-da Bakıda anadan olub. Sabah onun 75 yaşı tamam olur.