Ölkə başçısı bu gün, dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” adlı forumda iştirak edir. Bu haqda Bakuplus.az President.az-a istinadən xəbər verir.
Tədbirdə bir çox ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışılacaq, onlarla açıq müzakirələr aparılacaq.
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına, məcburi köçkünlərin qayıtması ilə bağlı mövzulara xüsusi diqqət yetirəcək.