Daha 6 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, növbədənkənar prezident seçkilərində aşağıdakı namizədlərin iştirakı təsdiqlənib:
- Zahid Oruc – özü tərəfindən irəli sürülüb;
- Fuad Əliyev – özü tərəfindən irəli sürülüb;
- Fazil Mustafa – Böyük Quruluş Partiyasının prezidentliyə namizədi;
- Elşad Musayev – Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi;
- Qüdrət Həsənquliyev – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi;
- Razi Nurullayevin – Milli Cəbhə Partiyasının prezidentliyə namizədi;
İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi 19 dekabr tarixində təsdiqlənib.
Növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə baş tutacaq.