Universitet müəllimi imtahan zamanı vəfat edib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Misir Mərdanovun rəsmi səhifəsinə istinadən xəbər verir.
Professor Bəhram Əliyev ETN Riyaziyyat və Mexanika İnstitutunda müdafiə zamanı qəfil dünyasını dəyişib. O, ADPU-nun Riyazi analiz kafedrasının müdiri və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışırdı.
Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir.