Baş Prokurorluğun mətbuat xidməti Bakının Nərimanov rayonunda mənzildə dəm qazından boğulanların adlarını açıqlayıb. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az məlumat verir.
Araşdırma zamanı vəfat edən şəxslərin 32 yaşlı Kənan Nəzərov, 31 yaşlı Pərvin Səfərli, 19 yaşlı Kamran Allahverdiyev və 16 yaşlı Kənan Salayev olduğu müəyyən edilmişdir.
İlkin araşdırmalara görə, hər 4 şəxs dəm qazından zəhərlənmə səbəbindən ölüb.