Reper “PRomete”nin anasının üzərinə ağac yıxılmağı ilə bağlı prokurorluq araşdırma aparır. Bu haqda bu gün, 23 noyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
10 noyabr 2021-ci il tarixində Mirəli Seyidov küçəsi 60 ünvanında güclü külək zamanı reper Pərviz İsaqovun (PRomete) anası Pərvanə İsaqovanın üzərinə ağac qırılaraq düşmüşdür. Nəticədə zərərçəkənin ayağının amputasiyasına zərurət yaranmışdır.