Prokurorluqda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Baş Prоkurоrluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışmış Xəyalə Aslanova Xızı rayon prokuroru vəzifəsinə təyin olunub.
Bundan əlavə, Bakı şəhər prokurorunun böyük köməkçisi çalışmış Könül Ələsgərovaya Samux rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.