top
Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm - Bakı məhkəməsində qeyri-adi hadisə
11 dekabr 2025, 19:09
- +

"Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm" - Bakı məhkəməsində qeyri-adi hadisə

Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən xeyli miqdarda pul alıb və sonda əməliyyat baş tutmayıb.

Teleqraf.az xəbər verir ki, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib.

Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun (ad-soyad şərtidir) xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra öz böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini bildirib.

Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:

"Könüllü olaraq heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm".

Zərərçəkən kimi tanınan Eldar Əhmədov isə ifadəsində əksini söyləyib:

"Həkimlərin məsləhəti ilə Nadir ona məxsus böyrənin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirilib və uyğun gəldiyindən razılaşdıq. Bundan sonra Nadir müxtəlif vaxtlarda fərqli səbəblərdən məndən pul istədi. Ona ümumilikdə 17109 manat vermişəm. Nadir müayinədə keçdikdən sonra Səhiyyə Nazriliyində izahat verərək böyrəninin qadına köçürülməsindən imtina etdi. Bundan sonra pulumu istəsəm də, ödəmədi".

Maraqlıdır ki, Nadir "ASAN Xidmət" mərkəzində səlahiyyətli orqanlara böyrəyinin köçürülməsi ilə bağlı ərizə də yazıb. O, ərizəsində qadına təmənnasız olaraq böyrəyini verəcəyini, heç bir iddia və tələbi olmadığını bildirib. Bundan başqa o, transplantasiya prosesi ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının videogörüntülü iclasına da qatılıb. O, iclasında böyrəyini təmənnasız verməyə hazır olduğunu bəyan etməklə "Dost kimi, qardaş kimi lazım olsa, ciyərimi də verərəm" ifadələrini səsləndirib.

Məhkəmə də bu səbəbdən Nadirin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib. Məhkəmə hesab edib ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs ilkin və davamlı niyyəti real olaraq donor qismində çıxış etmək və öz böyrəyini transplantasiya məqsədilə qadına verməkdən ibarət olub. Bu niyyətini təsdiq etmək məqsədilə Nadirin könüllü şəkildə notarial qaydada razılıq verib, müvafiq tibbi müayinələrdən keçib və transplantasiya prosedurunun tələb etdiyi bütün zəruri mərhələlərdə iştirak edib. Sonuncunun donor olmaq niyyəti müvəqqəti və situativ deyil, ardıcıl və ciddi şəkildə formalaşmış iradə aktı olub. Bu faktlar onun əvvəlcədən formalaşmış dürüst və ciddi iradəsinin mövcud olduğunu, heç bir aldatma və ya etibardan sui-istifadə məqsədi daşımadığını qəti şəkildə göstərir. Belə ki, transplantasiya prosesində şəxsin iradəsi yekun qərar deyil. Qərar verən struktur Etika Komissiyasıdır. Yəni şəxs öhdəliyini icra etməkdə subyektiv maraq göstərsə də, nəticə onun nəzarətindən kənar baş verib.

Bildirilib ki, təqsirləndirilən şəxs "böyrək müqabilində müəyyən məbləğ" tələb etməyib, verilən pulların mahiyyəti iqtisadi əvəzli əməliyyat kimi müəyyən edilməyib, pullar maddi nemətin ələ keçirilməsi məqsədi ilə deyil, müstəqil və əlaqəsiz epizodlar çərçivəsində qarçl tərəfindən könüllü təqdim olunub.

Yeku nəticədə məhkəmə Nadir Behbudovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib və iclas zalında həbsdən azad edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Oxşar xəbərlər