Paytaxtın Nərimanov rayonunda yerləşən “Pure Boutique Hotel”in rəhbərliyi saxlanılıb. Bu haqda bu gün, 25 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Müəssisənin 3 işçisi və icarədarı Y.Tapdıqzadə polis bölməsinə aparılıb.
Hoteldə karantin qaydalarının pozulması halları, habelə qəlyandan istifadə edilməsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 23 noyabr tarixində Yasamal rayonunda yerləşən “1033” klubunun rəhbərliyi məsuliyyətə cəlb olunmuşdur.