Bu gün, 12 yanvar tarixində saat 10:25 radələrində azərbaycanlı jurnalist Səbuhi Məmmədli M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
TƏBİB-dən verilən məlumata görə, Səbuhi Məmmədlinin qəflətən ürəyi dayanıb, lakin həkimlərin səyi nəticəsində ürəyinin fəaliyyəti bərpa edilib. Pasiyent Yeni Klinikaya köçürülüb.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Jurnalist “Xroniki böyrək çatışmazlığının müalicəsi üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır.