"Qaçqınkom"un strukturunda dəyişiklik edilib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.