Qanlıgölün ətrafında park salınacaq. Bu haqda bu gün, 2 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən ictimai dinləmədə deyib.
Qanlıgölün ətrafında layihənin üç əsas istiqamətinin həyata keçirilməsi planlaşdırılır. Rayonun inkişafının məhəllələr şəklində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, gölün və onun ətrafının abadlaşdırılması, gölün təmizlənməsi və gölün su ilə təminatı ön plandadır. Həmçinin gölün ətrafında 6 hektar sahədə şam meşəsi olacaq. Həmin ağacları orada saxlayaraq parkın salınması nəzərdə tutulur.
Tikinti işlərinin “Kristal Abşeron” tərəfindən görüləcəyi bildirilir.