Bakıda qanunsuz heyvan kəsiminə qarşı növbəti reyd keçirilib. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı bir sıra obyektlərdə nöqsanlar aşkarlanıb. Həmin müəssisələr aşağıdakı ünvanlardadır:
- Xətai rayonu, Gəncə prospekti;
- Xətai rayonu, Gəncə prospekti, 16AA;
- Xətai rayonu, M.Hadi küçəsi, 58;
- Xətai rayonu, N.Tusi küçəsi, 49.
Adıçəkilən obyektlərlə bağlı protokol tətbiq olunub, sahibkarlarla profilaktik söhbətlər aparılıb. Monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.