Qarabağa növbəti ay üçün avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bakıda işğaldan azad olunmuş torpaqlara olan avtobus reyslərinə sentyabr üçün biletlərin satışına start verilir.
Belə ki, biletlər 23 avqust saat 12:00-dan etibarən satışa çıxarılacaq. Sərnişinlər biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.