Bakının Qaradağ rayonunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ərazidə 1000-ə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib və yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Aksiyada hər iki qurumun rəhbərləri, polis əməkdaşları və DİN-in hərbi qulluqçuları iştirak ediblər.
[caption id="attachment_124308" align="alignnone" width="640"]
Foto DİN[/caption]