Bakıda pirotexniki vasitələrin qanunsuz satışı qeydə alınıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərinin birində pirotexniki vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb. Tutulan şəxslər məsuliyyətə cəlb olunublar.
Faktla bağlı araşdırmalar davam edir.