Qaradağ polisi Lökbatan qəsəbəsində genişmiqyaslı reyd keçirib. Bu haqda Report bu gün, 3 mart tarixində xəbər verib.
Reyd zamanı mağaza və iaşə obyektlərində buster doza olunmayan işçilərə xəbərdarlıq edilməklə, obyektlərin satıcısı və inzibatçısı barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bundan əlavə, rayonun Lökbatan dairəsində dayanma-durma və qanunsuz parklanma ilə əlaqədar reydlər keçirilib. Rayonun müxtəlif ərazilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev qeyd edib ki, bu istiqamətdə yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.