Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 25 ailə, yəni 112 nəfər Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınıb.
Bununla da 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.