Füzuliyə daha bir köç karvanı yola salınıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 34 ailə, yəni 123 nəfər Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınıb.
Bununla da Füzuli şəhərində 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_132946" align="alignnone" width="640"]
Foto APA[/caption]