Qaradağ rayonunda yerləşən şirkətdə körpülü kranda plan üzrə yoxlama aparılıb. Bu haqda bu gün, 29 mart tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Yoxlama zamanı FHN-in müfəttişləri tərəfindən “Caspian Specialist Services” QSC-də təhlükəli kranın fəaliyyəti dayandırılıb.
Körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, qurğunun tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.
Qayda pozuntuları aradan qaldırılanadək kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.