Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində polis əməkdaşları tərəfindən reyd keçirilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
“Lökbatan dairəsi” adlanan ərazidə qanunsuz parklanmaya qarşı yoxlama keçirilib. Sərnişindaşıma ilə məşğul olan taksi və mikroavtobuslar yolun qırağında saxlayaraq qanun pozurlar.
Bundan əlavə, rayon ərazisində ictimai iaşə obyektlərində çalışan işçilərin COVİD-19 pasportu yoxlanılıb. Peyvənd vurdurmayan işçilər ilə bağlı müvafiq tədbirlər görülüb.
[URIS id=35648]