Qaradağda şəhid və qazi ailələri ilə görüş baş tutub. Bu haqda 6 aprel tarixində Qaradağ Rayon İcra Hakimiyyəti məlumat verib.
Qaradağ RİH başçısı Süleyman Mikayılov və İcra Hakimiyyəti aparatının məsul şəxsləri 2016-cı il Aprel döyüşlərində yaralanan qazilərimizin ailələri və şəhidin ailəsi ilə görüş keçirib.
Görüşdə icra başçısı ailələrin problemləri və onları narahat edən məsələlərlə maraqlanıb.
Aprel döyüşlərində Qaradağ rayonu üzrə 45 nəfər iştirak edib. Onlardan 1-şəhid olub, 5 nəfər isə yaralanıb.