Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəsvi küçəsində, piyada səkisi bərbad vəziyyətdədir. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az xəbər verir.
Peşə məktəbinin yanında olan avtobus dayanacağında infrastruktur yoxdur, səkilərdə tamet və ya asfalt örtüyü movcud deyil.
Bu cür hal yağıntılı havalarda sakin və şagirdlərə çətinlik yaradır. Ayaqları batmasın deyə, onlar avtomobil yolunda avtobus gözləməyə məcbur olurlar.