Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Bu haqda 21 fevral tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri keçirib.
Nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən Qaradağ rayonunda qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi ünvanlar aşkar edilib:
- Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi
- Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi
- Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi
- Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi
- Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi
- Lökbatan qəsəbəsi, Nizami küçəsi
- Lökbatan qəsəbəsi, 2-ci Massiv, S. Orucov döngəsi
- Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi
- Lökbatan qəsəbəsi, keçid 1596 ünvanı
Məntəqə sahiblərinə xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları sökülüb.