“Qaraheybət” faciəsində həlak olanların xatirəsi yad edilib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qəzanın 2-ci ildönümü ilə əlaqədar şəhidlərin ailə üzvləri, DSX əməkdaşları, rəsmi şəxslər, hərbçilər və ictimaiyyət nümayəndələri II Fəxri xiyabanı ziyarət ediblər, həlak olanların məzarlarına gül dəstələri düzüblər.
2021-ci ilin 30 noyabr tarixində səhər saatlarında DSX-nin hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdı.