Azərbaycanda qatarların sürəti azaldılıb.
Azərbaycan Dəmir Yolları xəbər verir ki, dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.
Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələilə əlaqədar ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️