Qatarların sürəti bərpa olunub. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.
Bundan əlavə, sərnişinlərdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.