Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya səfər edib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az xəbər verir.
Kasım-Jomart Tokayev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Həmçinin Qazaxıstan Prezidenti oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb.