Qobustan sakini Ağdaşda öldürülüb.
Report xəbər verir ki, Qobustanın Nərmankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib. Nəticədə gənc oğlan xəstəxanada vəfat edib.
Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Qadir Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.