Ölkənin tanınmış elektronika mağazaları şəbəkəsi olan “İrşad” Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göndərib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az məlumat verir.
Şirkətin mətbuat xidməti tərəfindən verilən məlumata görə, “İrşad” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 200.000 TL köçürüb.
Fevralın 6-da Türkiyənin cənub-şərqində zəlzələ baş verib. Nəticədə 3432 nəfər ölüb, 20.426 nəfər yaralanıb, 5775 bina dağılıb.