Məşhur müğənni informasiyanın yalan olduğunu vurğulayıb.
“Mən Moskvadayam, evimdə, ailəmin içindəyəm. Heç bir problemim də yoxdur”, – deyə ifaçı qeyd edib.
O, 10 aprel tarixindən sonra Azərbaycana qayıdacağını bildirib.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/04/sequence-04.mp4"][/video]
15:40 - Məşhur müğənni Rəqsanə Rusiyada saxlanılıb
Azərbaycanın tanınmış müğənnisi Rusiyada tutulub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. O, “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb.
Bildirilir ki, R.İsmayılova, Qurbanov soyadlı şəxsə Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya verməsi üçün 650.000 rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.
2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.