Mərkəzi küçələrə giriş bağlanıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) isitinadən xəbər verir.
Ramazan bayramı günlərində, 10-14 aprel aralığında Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Ərazidə yaşayan sakinlər isə Neftçilər prospektindən Tərlan Əliyarbəyov küçəsinə daxil ola, Yusif Məmmədəliyev küçəsindən isə çıxa biləcəklər.