Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ramiz Məlikin dəfn mərasiminə əklil göndəriblər.
Xalq artisti ilə vidalaşmağa incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri gəlmişdilər.
[URIS id=123279]
11:48 - Ramiz Məliklə bu gün vida mərasimi keçiriləcək
Xalq artisti Ramiz Məliklə vida mərasiminin keçiriləcəyi yer məlum olub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Sənətkarla vida mərasimi bu gün saat 13:00-da Heydər məscidində baş tutacaq. Daha sonra o, 2-ci Fəxri xiyabanda dəfn olunacaq.
Ramiz Məlikov bu gün uzunsürən xərçəng xəstəliyindən sonra 80 yaşında vəfat edib.