İrandan Azərbaycana gətirilən bibər və portağallar məhv edilib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Ballı Store N” MMC-yə məxsus 7372 kiloqram bibərdə qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC və “Narnumru“ MMC-yə məxsus ümumilikdə 29.750 kiloqram portağalda sitrus tristeza virusu aşkarlanıb.
Bütün məhsullar Qaradağ Rayon Qızıldaş Poliqonunda məhv edilib.
[caption id="attachment_94184" align="alignnone" width="640"]
Foto AQTA-nın rəsmi saytı[/caption]