Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti sektorunda yeni təyinat olub. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti sektorunun müdir müavini təyin olunub. Bu haqda nazir Teymur Musayev əmr imzalayıb.
R.Nağıyev ötən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. O, işdən çıxarıldıqdan sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.