İş adamı Ziya Hüseynzadənin məhkəməsi davam edir. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tanınmış model Raziyyat Əliyevanı döyərək şantaj edən iş adamının məhkəməsinin növbəti iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib. O bildirib ki, bununla bağlı onun sübutları var və hamısını proses boyunca təqdim edəcək.
Daha sonra hakim şahidlərin ifadə verməli olduğunu bildirib. Məhkəmənin növbəti iclası 31 yanvar tarixinə təyin edilib.