Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamının məhkəməsi üzrə növbəti iclas keçirilib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ziya Hüseynovun məhkəməsinin hazırlıq iclası keçirilib. Onun vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıblar. Təqsirləndirilən şəxs isə ona qarşı irəli sürülən ittihamların sifarişli və qurma olduğunu əsaslandıran sübutlarının olduğunu deyib. O, istintaqın işindən narazı olduğunu, lakin məhkəmədə ədalətin bərqərar olunacağına ümid etdiyini bildirib.
Məhkəmənin ilk baxış iclası 22 yanvar tarixinə təyin edilib.
Ziya Hüseynov 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilir.