top
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi
28 iyul 2026, 09:47
- ↺ +

Rəis müavini olmaq istədi, 64 min manat pul verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yüksək vəzifəyə təyinat vədi ilə vətəndaşdan 64 min manatdan çox pul almaqda təqsirləndirilən iki nəfərin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər zərərçəkmişə oğlunun Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində rəis müavini vəzifəsinə təyin ediləcəyini vəd ediblər. Bu məqsədlə onlar müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 64 min 75 manat alıblar.

İş materiallarına əsasən, pul vəsaitinin bir hissəsi Bakıda keçirilən görüşlər zamanı nağd şəkildə verilib, digər hissəsi isə təqsirləndirilən şəxslərin istifadə etdikləri bank kartlarına köçürülüb.

Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, oğlunun dövlət qurumunda yüksək vəzifəyə təyin olunacağına inanaraq tələb olunan məbləği hissə-hissə ödəyib. Lakin sonradan nə verilən vəd yerinə yetirilib, nə də pullar geri qaytarılıb. Bundan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Təqsirləndirilən şəxslər isə məhkəmədə özlərini təqsirli bilməyiblər. Onlardan biri pul almadığını və yalnız tərəfləri tanış etdiyini söyləyib. Digəri isə vəzifəyə təyin olunacağı ilə bağlı heç kimə qəti söz vermədiyini, sadəcə məsələ ilə maraqlanacağını bildirdiyini deyib.

Məhkəmə şahid ifadələrini, bank köçürmələrini, ödəniş qəbzlərini və digər sübutları araşdırdıqdan sonra ittihamın tam sübuta yetirildiyi qənaətinə gəlib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza şərti hesab edilib və ona 2 il sınaq müddəti təyin olunub.

Digər təqsirləndirilən şəxsə qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.3

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər