top
Respublika Klinik Xəstəxanası köçdü, xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
19 noyabr 2024, 00:02
- ↺ +

Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub.

Bu barədə Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb.

"Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək istəyən xəstə əvvəlcə Bilgəhə getməli, həkimlə görüşdükdən sonra yenidən şəhərə, Respublika Klinik Xəstəxanasına qayıdıb lazımi tibbi aparatlardan keçməli və sonda yenə də Bilgəhə qayıdaraq həkimə nəticələri təqdim etməlidir. Bu isə bizim yollarda qalmamız deməkdir", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasından bildirilib ki, xəstəxananın I korpusunda yerləşən altı şöbənin (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməsinə əsas səbəb Modul tipli xəstəxanada çarpayı fondunun müraciət edəcək pasiyentləri qəbul edə bilmək imkanına malik olmasıdır:

"Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülüb.

Əlavə olaraq bildirək ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.

Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq, yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir".

"Hazırda Modul tipli xəstəxanada instrumental-diaqnostik müayinələr də həyata keçirilir. Elektrokardioqram (EKQ), ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektroensefaloqrafiya (EEQ) və rentgenoqrafiya üçün avadanlıqlar mövcuddur.

İxtisaslı həkimin göstərişi əsasında yalnız kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri üçün Respublika Klinik Xəstəxanasına göndəriş təqdim olunur", - deyə məlumatda vurğulanır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər