Paytaxtda və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 14-də Bakıda və respublikanın ayrı-ayrı rayonlarında sakinlər polisə tapança və 22 müxtəlif markalı tüfəng təhvil veriblər.
Əlavə olaraq, keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 tüfəng götürülüb.