Bakının İçərişəhər kompleksi haqqında mobil tətbiq yaradılacaq. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verir.
Tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq.
İştifadəçilər İçərişəhərdəki muzeylər, qalereyalar, hotellər, restoranlar və digər məkanlar barədə məlumat əldə edə biləcəklər. Tətbiq Azərbaycan və ingilis dillərində təqdim olunacaq.