Ötən ay ərzində Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksini 89 ölkədən gələn turistlər ziyarət ediblər. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verir.
Muzeyləri ziyarət edən turistlərin yarısı Rusiya, Çin və Hindistandan gələnlərdirlər. Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksini ziyarət etmiş turistlər arasında Rusiya turistləri 23%, çinlilər 17%, hindistanlılar isə 9% təşkil edirlər.