Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın məhkəmə prosesi başlayıb. Bu haqda bu gün, 31 may tarixində Report məlumat verib.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Məhkəmənin baxış iclası iyunun 7-nə təyin olunub.
Hadisə cari il yanvarın 21-də Qızıldaş qəsəbəsində baş verib. Həmin gün Ceyhun İmaşov həyat yoldaşı Lalə İmaşova ilə qısqanclıq zəminində mübahisə ediblər və o, arvadına xəsarətlər yetirib. Bu zaman Lalə həyətdə əlinə keçən baltanı götürərək ərinin baş nahiyəsinə ağır zərbə endirib.
İmaşov xəstəxanaya yerləşdirilib. Lalə İmaşova isə tutulub. Qadın barəsində cinayət işi başlanıb.