Rumıniya prezidenti Klaus Yohannis Bakını gəzib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Rumıniya prezidenti Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Həmçinin siyasətçi Xalça muzeyini ziyarət edib və İçərişəhərdə olub. Tarixi qoruqda Klaus Yohannis təndir çörəyinə qonaq edilib.
Gəzinti başa çatdıqdan sonra Klaus Yohannis səfərini sonlandırıb və aeroporta yola düşüb.
[URIS id=89378]