Rumıniyadakı səfirliyə yeni təyinat olub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az xəbər verir.
Qüdsi Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Daha öncə Prezidentin digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə məlumat verilmişdi.