Azərbaycan Hava Yolları QSC (AZAL) Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzəm reyslər açır. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
Mayın 8-dən Bakı-Qroznı-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri rəsmi AZAL-in saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.