Səbail və Suraxanı rayon Polis İdarələrində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Bakuws-ə istinadən xəbər verir.
Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev vəzifəsindən azad olununb. O, Suraxanı rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.