Paytaxtın Səbail rayonunda vətəndaşlarla səyyar görüşlər keçirilib. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə bələdiyyələr, nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələrinin rəhbərləri, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Ən sonda müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.