Paytaxtın Səbail rayonunda silahla gəzən şəxs tutulub. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Abdulov saxlanılıb. Onun üzərində 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron aşkar edilib.
Tutulan şəxs barəsində araşdırmaya başlanılıb.
[caption id="attachment_88961" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]